Yeni mövsüm üçün planlarını davam etdirən "Beşiktaş" heyətini Çiro İmmobile, Rafa Silva və Qabriel Paulista kimi ulduz futbolçularla gücləndirib.
News24.az xəbər verir ki, ancaq ağ-qara komandada gələn futbolçular qədər gedəcəklər də önəmlidir. Xüsusilə xarici profisiti azaltmaq istəyən ağ-qara administrasiya bu istiqamətdə işlərini davam etdirir.
Kartalla yollarını ayırması planlaşdırılan əcnəbi futbolçulardan biri də Daniel Amarteydir. Bu yaxınlarda “Beşiktaş”ın vitse-prezidenti Hüseyn Yücel qanalı futbolçu üçün Səudiyyə Ərəbistanından təklif aldıqlarını və bu təklifi qəbul etsələr də, 29 yaşlı futbolçunun həvəsli olmadığını açıqlamışdı.
Qeyd edək ki, “Ağ-qaralar” rəhbərliyi ilə Amartey arasında danışıqlar davam edir. Qanalı futbolçunun komandadakı gələcəyinə bir neçə gün ərzində aydınlıq gələcəyi gözlənilir.
Günel Məlikzadə