"Azərsun Holdinq" "Saville" makaron məhsulu ilə bağlı sosial media platformalarında yayımlanan görüntülərlə bağlı açıqlama yayıb.
Açıqlama bildirilir:
"Bildirmək istəyirik ki, görüntülər həqiqəti əks etdirmir. Makaron məhsullarının çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırıldığını nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media qurumlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək".