Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, İraqın Qara, Qəndil və Asos bölgələrində keçirilən əməliyyat zamanı terrorçulara məxsus 25 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.
Əsasən Türkiyə istehsalı olan silah və texnikadan istifadə edilən əməliyyat zamanı mülki əhali, dost ölkələrə məxsus bazalar, mədəni və tarixi abidələr, eləcə də ətraf mühitin zərər çəkməməsi üçün bütün qabaqlayıcı tədbirlər görülüb.