EN

Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı

Çində ağciyər xərçəngi olmasından qorxan kişinin əməliyyatı qeyri-adi nəticəsinə görə hər kəsi təəccübləndirib.

Paralel.az oxu.az-a istinadən xəbər verir ki, qəribə hadisə Çjetsyan əyalətində baş verib.

Bildirilir ki, 54 yaşlı kişi iki il öskürəkdən əziyyət çəkib və hətta reseptsiz dərmanlar qəbul etməyə başlayıb. Lakin vəziyyəti yaxşılaşmayıb. Nəticədə, o, həkimlərə müraciət edib.

Müayinə zamanı onda bir santimetr ölçüsündə şiş aşkar edilib. Həkimlər bunun bədxassəli şiş olduğunu güman ediblər. Lakin əməliyyat zamanı həkimlər sürprizlə üzləşiblər - kişinin ağciyərlərində şiş deyil, yad cisim - çili bibərinin ucu tapılıb.

Sonradan kişi iki il əvvəl yemək zamanı çili bibərinin boğazında qaldığını xatırlayıb.

Həkimin sözlərinə görə, çili bibəri tənəffüs yolları vasitəsilə onun ağciyərlərinə düşüb, sonra isə sağ ağciyərdə limfa sisteminin böyüməsinə səbəb olub və toxumanın altında "gizlənib", bu da adi müayinə üsulları ilə onun aşkar edilməsini çətinləşdirib.

Hadisə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və çoxsaylı müzakirələrə səbəb olub.

Chosen
154
9
paralel.az

10Sources