EN

Çinlilərin sayı azalır

1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət mənfiyə doğru dəyişir.

Teleqraf.com xəbər verir ki, ilk baxışdan inandırıcı gəlməsə də, bəzi şəhərlərdə işçi qüvvəsi qıtlığı müşahidə olunur. Ekspertlərin fikrincə, bunun yeganə səbəbi 80-ci illərdə tətbiq edilmiş, indi isə qüvvədə olmayan “tək uşaq siyasəti” deyil. 2022-ci ildə Çində cəmi 9,6 milyon uşaq dünyaya gəlib. Bu, Çin Xalq Respublikasının təşəkkül tapdığı 1949-cu ildən sonra ən aşağı göstəricidir. Müqayisə üçün, 2016-cı ildə 18 milyondan çox körpə doğulmuşdu.

Ekspertlərin proqnozlarına görə, bu gedişlə 2100-cü ildə əhali sayı indikinin yarısı qədər olacaq. Əhalinin azalmasına səbəb ailə quranların sayının azalması, əhalinin çoxunun şəhərdə yaşaması və müasir ailələrin çoxuşaqlılıqdan qaçmasıdır. Şərq ənənəsinə xas olaraq oğlan uşağına üstünlük verilməsi isə qadın-kişi balansının ciddi şəkildə pozulması ilə nəticələnib.

Lakin hazırki vəziyyətdə Çin iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin azalması inkişafa mane olmur.


Müəllif: Teleqraf.com
Chosen
21
2
teleqraf.com

3Sources