EN

Kamran Əliyev Kadir Özkaya ilə görüşüb

İyulun 26-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə ümümmilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və türk xalqının ulu öndəri Mustafa Kamal Atatür­kün “Azərbaycanın sevinci bizim sevinci­miz, kədəri bizim kədərimizdir” fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlə­rinin siyasi, iqtisadi, mədəni və digər sahələr­də də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan–Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq sə­viyyəsinə yüksədiyini qeyd edib.

Baş prokuror Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda danışa­raq, bu ilin iyun ayında Xankəndi Şəhər Pro­kurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirib.

Kamran Əliyev cari ilin noyabr ayında dünyanın ən mötəbər beynəlxalq tədbirlə­rindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyasının – COP29-un və cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərin­də Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyi barədə qonaqları mə­lumatlandırıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın səviyyəsindən məm­nunluq ifadə edilib. 2021-ci ildə Bakıda tə­sis edilmiş TDT Baş Prokurorlar Şurasının Bişkekdə sayca üçüncü iclasının keçirilməsi hüquq-mühafizə orqanlarımız arasında da­vamlı və səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kadir Özkaya iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin yüksək səviyyədə olmasından bəhs edib. 

XQ

Chosen
25
18
xalqqazeti.az

10Sources