EN

Paşinyan Bakıya gələcək, gəlməyəcək? - Bu məsələdən asılıdır...

"Bu yerdə deyirlər iradə azaddır, istəsə gələcək, istəməsə yox". 

Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29-a Ermənistana göndərdiyi dəvəti şərh edərkən deyib. 

“Hər şey o zamankı mövcud siyasi vəziyyətdən asılı olacaq. Paşinyanın avqustda mətbuat konfransı keçirəcəyi və COP29 üçün Bakıya gedib-getməməsi məsələsinə toxunacağı barədə məlumat isə sirkə hazırlıqdır. Sülh prosesi qaydasında getsə, Paşinyan Bakıya gələcək, əks halda yox. Amma Paşinyanın gəlib-gəlməməsinin heç bir əhəmiyyəti yoxdur, mən bunda faciə görmürəm”, - ekspert qeyd edib. 


Telegram kanalımız
Chosen
122
8
yenisabah.az

10Sources