"Rosselxoznadzor" Ermənistandan gələn meyvə və tərəvəzlərdə pestisidlərin 5 dəfə artıq olduğunu aşkar edib.
Bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, müəyyən maddələr üzrə norma 5-8 dəfə artıq olub, 16 tədarükçü artıq "stop" siyahısına daxil edilib.
Hökumətyönlü onlayn nəşr bunun bu yaxınlarda Ermənistanda baş tutan 10 günlük Ermənistan-Amerika hərbi təlimi ilə əlaqəli olduğunu qeyd edir.