Bu gün səhər saatlarında intensiv leysan yağışlar nəticəsində Şəki rayonu ərazisindən axan Şinçay, Damarçınçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan selin keçməsi müşahidə olunub.
Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.