Manset.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Gəncə və ətraf rayonlarda qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə səmərəli görüşümüz oldu. Qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə sahibkarlarla müzakirələr apararaq sualları cavablandırdıq və təklifləri dinlədik", - deyə o qeyd edib.