Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
QOL.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.
Lunyov 33 iştirakçı arasında 24-cü olub və final mərhələsinə yüksələ bilməyib.
İdmançı 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.