Şəkidə 4 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Daşağıl kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 ton 370 kiloqram olan çətənə kolu yandırılaraq məhv edilib.
Firuzə Əliyeva