EN

“Noyabra qədər sülh planı hazır olacaq” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır.

“AzPolitika” xəbər verir ki, Zelenski bunu Yaponiya İctimai Televiziyasına müsahibəsində bildirib.

Ukrayna prezidenti qeyd edib ki, belə bir vəzifəni administrasiyası və diplomatik komandası qarşısında qoyub.

Zelenski əmin olduğunu bildirib ki, Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək və Rusiyaya beynəlxalq diplomatik təzyiqlər münaqişəni ədalətli nəticəyə gətirəcək üç əsas komponentdir.

“AzPolitika.info”

Chosen
17
1
azpolitika.info

10Sources