«Difai» I Liqada ikinci mövsümün hazırlıqlarına başlayıb.
«Fədailər» Bakıda bir araya gəlib.
Təlim-məşq toplanışı üçün «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazası seçilib
. «Ağ-qaralar» Qarabağ qazilərinin təmsilçisinə jest olaraq, dördüncü meydançanı onların ixtiyarına verib.
Hələlik gündəlik məşqlərdə 16-17 futbolçu iştirak edir. Qarşıdakı günlərdə bu sayın artması gözlənilir.
SPORTİNFO.AZ