"Marvel Studios"un rəhbəri Kevin Faygi Şöhrət Xiyabanında ulduz alıb.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, onu dəstəkləmək üçün Rayan Reynolds və Hyu Cekman, eləcə də "Marvel"in digər aktyorları gəlib.
"Fayfgi "Marvel" kainatını canlı və sağlam saxlayır və onsuz bunların heç biri işləmir", - Reynolds bildirib.
Cekman öz növbəsində, "İks-adamlar" filmindəki "Wolverine" rolu üçün dinləmələrdən sonra Fayginin ona bifşteks verdiyini xatırlayıb. Həmin vaxt o, rolu qazanmadığını düşünüb.
"Bilmirəm, mənə yazığı gəldimi, yoxsa başqa nəyəsə görə, mənim qayğıma qalmaq üçün vaxt ayırdı", - aktyor bildirib və Faygiyə steyk restoranı üçün 15 dollarlıq hədiyyə sertifikatı təqdim edib.