Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
Siyasətçi qeyd edib ki, “hətta müəyyən auditoriya” Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də “o, hətta çaşıb qalıb”.
Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.
Xatırladaq ki, iyulun 26-da Parisdə Olimpiya Oyunları açılışı olub.
Même avec un public ultra sélectionné, #Macron se fait copieusement huer et siffler lors de la #ceremoniedouverture !
— Florian Philippot (@f_philippot) July 27, 2024
Il est même décontenancé on le voit !
Bien sûr, pas relevé à l’antenne !…
Alors diffusons ! #jeuxolympiquesparis2024
Vidéo ! ⤵️ pic.twitter.com/GWOOZxDWQI