İyulun 27-də Ermənistanın Tavuş vilayətində dəhşətli avtomobil qəzası baş verib.
Redaktor.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, saat 17:50 radələrində İrəvan-Sevan-İcevan yolunun 99-cu kilometrliyində, Dilican genişləndirilmiş icmasının inzibati ərazisində "İnfiniti" və "Suzuki" markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində ağır yaralanmış 12 nəfər İcevan tibb mərkəzinə yerləşdirilib.
Yaralılardan biri ölüb. Bir neçə yaralının da vəziyyəti ağırdır.