EN

Tramp irəlidədir

ABŞ-da keçirilən sorğuda keçmiş prezident Donald Tramp Demokratlar Partiyasından prezidentliyə namizədliyi ələ keçirən müavini Kamala Harrisi 2 xal qabaqlayıb.

“Wall Street Journal”ın (WSJ) son sorğusuna görə, Tramp qeydə alınmış 1000 seçicinin 49 faizinin dəstəyini qazanıb, Harris isə 47 faizdə qalıb.

Harrisin performansı, bu ayın əvvəlində “WSJ” sorğusunda Trump-dan 6 xal geri qalan Baydenlə müqayisədə əhəmiyyətli bir irəliləyiş əldə edib. Sorğu həmçinin qeydə alınmış seçicilər arasında Harrisin rəğbətinin kəskin artdığını üzə çıxarıb. Bu ayın əvvəlində yüzdə 35 olan nisbət 11 bənd artaraq 46 faizə çatıb. Digər tərəfdən, Trampa rəğbət 47 faiz, Baydenə isə 39 faiz səviyyəsində qalıb.

Noyabrda yaşı, əqli hazırlığı və Ağ Evdə qalib gəlmək bacarığı ilə bağlı həftələrlə davam edən partiyadaxili müzakirələrdən sonra Bayden iyulun 21-də prezidentlik yarışından çəkildiyini və onun yerinə vitse-prezident Kamala Harrisi tövsiyə etdiyini elan etmişdi.

Demokratik nümayəndə heyətinin yarıdan çoxunun dəstəyini qısa zamanda qazanan Harris bununla da partiyanın prezidentliyə namizədliyi üçün tələb olunan nümayəndə sayına çatdı. Demokratlar Partiyasının prezidentliyə namizədi avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya qurultayında rəsmən müəyyənləşəcək.

Chosen
84
16
vaxt.az

10Sources