"Ankara Türkiyə parlamentində çıxış etməkdən imtina edən Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasdan üzr istəməsini istəyir.
"Hürriyyet.az" "publika"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Məlumata görə, Türkiyə parlamenti Abbası İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresinə səfəri ilə eyni vaxtda TBMT-də danışmağa dəvət edib, lakin Fələstin tərəfi bu təklifə dəqiq cavab verməyib.
Ərdoğan Türkiyə tərəfinin Fələstin rəhbərinin səfərini gözlədiyini, lakin onun gəlmədiyini vurğulayıb.