Türkiyəli aktyor və teleaparıcı Kenan Işık 76 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
“Kim milyoner olmak ister?” verilişində aparıcılıq edən K. Işık 2014-cü ilin martında keçirdiyi beyin qanamasından sonra komada idi.
Qeyd edək ki, Kenan Işık Beril Işıkla ailəli idi, onların 2 övladı var.