EN

Dünya Bankı Azərbaycana 150 milyon dollar məbləğində maliyyə ayırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünya Bankının İcraçı Direktorlar Şurası davam etməkdə olan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.
Bu barədə Oxu.Az Dünya Bankı tərəfindən dərc olunan müvafiq press-relizə istinadən bildirir.
Layihənin özünüməşğulluq imkanlarını təşviq etməklə məcburi köçkünlər, qadınlar, gənclər və uzun müddət işsiz olanlar əsas götürülərək, daha həssas qruplardan olan insanlara yardımın təmin edilməsinə istiqamətlənib.
"Bu layihə ölkədə daha inklüziv, özəl sektor tərəfindən idarə olunan iqtisadi artıma nail olmaq üçün əsas problemlərin həllinə kömək edəcək", - deyə Dünya Bankının Azərbaycanda regional meneceri Şteffi Ştallmeyster qeyd edib.
Bildirilib ki, əlavə maliyyələşdirmə istehsal və xidmətlər kimi yeni sektorları əhatə etməklə Azərbaycanda Özünüməşğulluq Proqramının dəstəklənməsini davam etdirəcək.
Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin insan kapitalı potensialının artırılması, həmçinin məşğulluq xidmətlərinin səmərəliliyinin, kvalifikasiyaların və inklüzivliyin artırılması kimi Azərbaycanın əsas inkişaf prioritetlərinin irəliləməsinə töhfə verəcəyi gözlənilir.
Chosen
297
50
oxu.az

10Sources