İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 37 fələstinli ölüb, 73 nəfər yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 min 400-ə, yaralıların sayının isə 90 min 996-ya yüksəldiyi bildirilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Leyla SƏMƏNDƏRMissiya.Az