İran Prezidenti Məsud Pezeşkian Qərblə münasibətləri yumşaltmaq üçün danışıqlara hazır olduğunu bildirib.
O, bu barədə andiçmə mərasimindəki nitqində deyib.
“Biz Qərb ölkələrini qarşılıqlı hörmət və bərabərlik əsasında münasibətlər qurmağın zəruriliyini başa düşməyə çağırırıq. Biz indiyədək İranın dünyada hansı yeri tutduğunu dərk etməyən dövlətlərlə gərginliyin aradan qaldırılması üçün danışıqlar aparmağa hazırıq”, – o bildirib.
Qeyd edək ki, bu gün Tehranda parlament binasında İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib.