Bakı. Trend:
30 iyul tarixində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçiQrupun Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovunsədrliyi ilə keçirilən iclasında cari ildə ölkədə istehlakbazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiyatədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiştapşırıqların icrası ətraflı müzakirə olunub.
Trend xəbər verir ki,iclasda, xarici amillərin, habelə ərzaq bazarında idxal olunanməhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyatakeçirilən antiinflyasiya tədbirləri nəticəsində Dövlət StatistikaKomitəsinin məlumatlarına əsasən 2023-cü ildə birrəqəmli inflyasiyahədəfinə nail olunmaqla yanaşı, cari ilin ötən dövrü ərzində dəinflyasiyanın minimal səviyyədə qorunub saxlanıldığı qeyd edilib.Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin iyunayında 12 aylıq inflyasiya 1,1% təşkil etmişdir. 2024-cü ilinyanvar-iyununda orta illik inflyasiya 0,7% olmuşdur.
Tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsaslövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir. Profisitli tədiyəbalansı şəraitində valyuta bazarında tarazlığın qorunmasıinflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynamışdır.2024-cü ilin 6 ayında manatın nominal effektiv məzənnəsi 3%bahalaşmışdır ki, bu da idxal inflyasiyasına azaldıcı təsirgöstərən amildir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzitərəfindən “Qiymət İzləmə Tətbiqinin” yaradılması vətəkmilləşdirilməsi istiqamətində, o cümlədən, ölkədə istehlakqiymətləri indeksinə daxil olan ərzaq və qeyri-ərzaq məhsullarının,əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərinin formalaşmasıüzrə aidiyyəti qurumların məlumatlarının inteqrasiyası sahəsindəhəyata keçirilən tədbirlər barədə təqdimat edilib.
İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi,Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Banktərəfindən görülən işlərə dair məlumat verilib.
İclasın yekununda daxili bazarda sağlam rəqabət mühitinin təminolunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artımüçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərindavam etdiriləcəyi bildirilib. Ötən müddət ərzində qanunvericilikdərəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdəhəyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkanverəcəyi vurğulanıb.