EN

Ceyms O`Brayen: "ABŞ Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaradır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Ermənistanın Rusiya ilə ənənəvi sıx münasibətlərdən əl çəkməsi üçün şərait yaratmağa çalışır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.
Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı çıxış edən diplomat bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün atdığı "cəsur addımları" alqışlayır.
O`Brayenin sözlərinə görə, müharibədəki məğlubiyyət Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsində Rusiyadan uzaqlaşmaq istəyi yaradıb və ABŞ hazırda bunun baş verməsi üçün şərait yaradır.
Chosen
148
50
oxu.az

10Sources