EN

Vaşinqton Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir

Vaşinqton administrasiyası Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir və ABŞ hakimiyyəti Tbilisinin yaxın aylarda kursunu dəyişəcəyinə ümid edir.

“Report” xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bəyan edib.

“Siz sanksiyalarla bağlı sual verdiniz. Biz bu sahədə mövcud imkanlarımızı fəal şəkildə nəzərdən keçiririk. Heç nə elan etməyəcəyəm, amma biz bunu araşdırırıq. Söhbət təkcə korrupsiyadan faydalananlardan deyil, həm də Qlobal Maqnitski İnsan Haqları Aktı ilə insan hüquqlarının pozulmasında iştirak edənlərdən gedir.

Bir il əvvəl gördük ki, yanlış yol seçilib, sonra hakim partiya öz kursunu dəyişib, çox böyük uğurlar əldə edib. Ümid edirəm ki, bu, növbəti aylarda təkrarlana bilər”, - diplomat bildirib.

Chosen
95
9
azpolitika.info

10Sources