Bu il üçün Azərbaycan neftinin orta qiyməti 84.9 ABŞ dolları, qazın 1000 kubmetri isə 296.1 ABŞ dolları olacağı proqnozlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci ildə neftin qiyməti orta qiyməti 83.8 ABŞ dolları, qazın 1000 kub metri isə 332.5 ABŞ dolları proqnozlaşdırılır.