Türkiyənin Adıyaman əyalətinin Sincik ərazisində işçiləri daşıyan iki xidməti mikroavtobusun toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.
Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Yaralılar sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından Kahta Dövlət Xəstəxanasına aparılıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az