Bakı Gəmiqayırma Zavodu məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı zavodun keçmiş işçisi Bağırov Ceyhun Allahverən oğludur.
Onun iddiasına Qaradağ Rayon Məhkəməsində baxılacaq.
İş hakim Fuad Hüseynovun icraatındadır.
Ceyhun Bağırovun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.
Hüseyn