EN

İdmançı qız atasını bıçaqladı

Nevşehir Hacı Bektaş Vəli Universitetinin İdman Elmləri Fakültəsinin tələbəsi Döndü Zeybek ilə atası Osman Zeybek arasında mübahisə düşüb. Mübahisə böyüyərkən Döndü Zeybek atasını sinə nahiyəsindən bıçaqlayıb. Ağır yaralanan Osman Zeybek aparıldığı xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra saxlanılan Döndü Zeybek ifadəsində atası ilə anasının təxminən 6 il əvvəl boşandığını, hadisə baş verən gün iki bacısı və anası ilə kənddə toyda iştirak edib, atası da orada olub.



Döndü Zeybek atasının toyda onu təhdid edirmiş kimi davrandığını, daha sonra evdən aldığı çörək bıçağı ilə çölə çıxdığını, evin yaxınlığında atası ilə qarşılaşdığını və bıçaqla onu bıçaqladığını bildirib. Atasının daha əvvəl də ona zərər verdiyini iddia edən Döndü Zeybekin psixoloji problemləri olduğu və intihara cəhd etdiyi də qeyd edilib. Zeybek ifadəsindən sonra sövq edildiyi hakimlik tərəfindən tutularaq Yalvaç T Tipi Qapalı Cəza Müəssisəsinə təhvil verilib.



Bədənində iki bıçaq yarası olan Osman Zeybək dünən ikindi namazından sonra Salur kəndində torpağa tapşırılıb.



​​Şarkikaraağaç rayonundakı Anadolu Liseyini bitirdikdən sonra təhsilini Nevşehir Hacı Bektaş Vəli Universitetinin İdman Elmləri Fakültəsində davam etdirən Döndü Zeybekin 2019-cu ildə Kik Boks Federasiyasının, daha sonra isə Muay Tay Federasiyasının lisenziyalı idmançısı olduğu məlum olub. Zeybekin sosial şəbəkədəki məşq paylaşımında yazdığı “Zorakılığa meyilliyəm” yazısı diqqət çəkib.

Nilay

Chosen
65
1
32gun.az

2Sources