EN

ABŞ-da həbsxanada dava olub, ölənlər var

ABŞ-da həbsxanada dava olub, ölənlər var

ABŞ-ın Nevada ştatında yerləşən həbsxanada dava baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə ştatın şərqində ucqar bölgədə yerləşən “İli” Dövlət Həbsxanasında baş verib.

Hadisə nəticəsində 3 məhbus ölüb, 9 nəfər yaralanıb. Nevada İslah Departamentinin yaydığı məlumata görə, hadisə mübahisə zəmnində baş verib. Dava zamanı həbsxanada zabitlərdən xəsarət alan olmayıb. “İli” Dövlət Həbsxanası ciddi rejimli cəzaçəkmə müəssisəsi hesab olunur və orada 1183 məhbus saxlanılır.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Chosen
49
4
ilk.az

9Sources