EN

"Adidas"ın rəhbəri Bella Hadidlə qalmaqallı reklama görə üzr istədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Adidas" şirkətinin baş direktoru Byorn Gulden fələstinli model Bella Hadidin yer aldığı SL 72 idman ayaqqabısı reklamına görə üzr istəyib.
Oxu.Az vesti.ru-ya istinadən xəbər verir ki, şirkət rəhbəri səhvini etiraf edib.
"Bu səhvdir. Geyim və ayaqqabı istehsalçısı gələcəkdə belə halların qarşısını almaq üçün öz hərəkətlərini nəzərdən keçirəcək", - deyə o bildirib.
Qeyd edək ki, SL 72 idman ayaqqabısı 1972-ci ildə Münhen Olimpiadası üçün hazırlanmış ayaqqabılar əsasında istehsal edilib. Məhz həmin idman yarışları zamanı Fələstinin "Qara sentyabr" terror qruplaşmasının yaraqlıları İsrail komandasının üzvlərini girov götürüblər. 17 nəfər bu hücumun qurbanı olub.
Bella Hadid də reklamda göründüyü üçün üzr istəyib. O, layihənin 1972-ci il hadisələri ilə əlaqəsi barədə heç nə bilmədiyini qeyd edib.
Chosen
115
50
oxu.az

10Sources