İsrail mediası bəzi Amerika və Britaniya aviaşirkətlərinin İsrailə uçuşları ləğv etdiyini bildirib.
Ednews İsrail mətbuatına istinadən xəbər verir ki, Amerika və İngiltərənin bəzi hava yolu şirkətlərinin artan təhlükəsizlik böhranı səbəbindən İsrailə uçuşları ləğv etdiyi bildirilib.
ABŞ-ın Delta və United və British Airways aviaşirkətləri İsrailə uçuşları ləğv ediblər.
Çərşənbə axşamı İsrailin Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürün həlak olmasından sonra uçuşların ləğv edildiyi bildirilib.
Delta Hava Yolları İsrailə uçuşları avqustun 2-dək, Nyu-York ilə İsrail arasında həftədə 14 uçuş həyata keçirən United Airlines isə avqustun 6-dək İsrailə uçuşları dayandırıb.
Ötən günlərdə Avstriya və Lufthansa da İsrailin Tel-Əvivdəki Ben Qurion hava limanına uçuşları müvəqqəti olaraq ləğv etdiklərini açıqladı.
Xəyal