Xırdalan şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində davamlı yaranmış problemlə bağlı vətəndaş Avtosfer.az-a müraciət edib.
Şikayətçinin sözlərinə görə, hər səhər avtobuslar qeyd edilən ərazidə dayanaraq süni sıxlıq yaradırlar. Yolun iki zolaqdan ibarət olduğunu və adətən tıxacın müşahidə edildiyini bildirən sürücü avtobusların ərazini zəbt etməsiylə vəziyyəti daha da gərginləşdirdiklərini vurğulayıb.
O, mütəmadi olaraq hər səhər park edilmiş nəqliyyat vasitələrinin insanların işə, lazımi ünvana çatmasında çətinlik yaratdığını qeyd edib.
Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, həmin avtobuslar məktəbliləri gətirir və ərazidə 10-15 dəqiqə dayandıqdan sonra hərəkət edirlər. Buna baxmayaraq dayanma-durma qaydalarını pozduqları üçün yol polisi tərəfindən cərimə tətbiq olunur.
Nərmin