EN

Rəhman Daşdəmirov: “Xüsusilə “lotoreya”da həyəcan pik həddə çatmışdı”

"Səmimi deyim ki, rəqibdən bu cür aqressiv və dominant futbol sərgiləyəcəyini gözləmirdik. Əlbəttə ki, səfərdə 3 top fərqiylə qalib gəlib, doğma meydanda 6 qol buraxmaq, heç də xoş deyil. Heç kim parlaq səfər qələbəsindən sonra bu cür oyun keçirmək istəməz. Sadəcə, bəxtimiz onda gətirdi ki, penaltilərdə şans bizim tərəfimizdə oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Rəhman Daşdəmirov deyib.
24 yaşlı futbolçu həyəcandan və Yusif İmanovun oyunun qəhrəmanı olmasından da danışıb: "İstər 120 dəqiqə, istərsə də penaltilər seriyasında çox həyacanlıydıq. Xüsusilə "lotoreya"da həyəcan pik həddə çatmışdı. Şükürlər olsun ki, Yusif hamımızın xilaskarına çevrildi. O, oyunun adamı idi. Həm meydanda, həm də paltardəyişmə otağında onu bağrımıza basdıq".
Müdafiəçi növbəti turda qarşılaşacaqları rəqib barədə fikirlərini bölüşüb: "Çox ağır və gərgin oyunu geridə qoyduq. "Makkabi" ilə matçdakı səhvlərimizi aradan qaldırmalıyıq. Qarşıda bizi İrlandiya təmsilçisi ilə daha çətin sınaq gözləyir".
 
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində "Sent Patriks" klubu ilə qarşılaşacaq. Şimali İrlandiya komandasına qarşı oyunlar 8 və 15 avqust tarixlərində baş tutacaq. İlk oyun səfərdə, cavab oyunu isə Masazırda keçiriləcək. ABDULLA İSMAYILOĞLU

Chosen
90
sport24.az

1Sources