Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Paris-2024-də qüvvəsini sınayıb.
QOL.az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib. Təmsilçimiz bu məsafəni 26.76 saniyəyə qət edib. Nəticədə o, öz qrupunda 3-cü olub.
Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.