EN

Serbiyada zavodda partlayış OLDU - Yeddi nəfər xəsarət aldı

Serbiyanın “Krusik” müdafiə zavodundakı sexlərdən birində partlayış baş verib, nəticədə 7 nəfər yaralanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

“Valyevo şəhər polis idarəsindən bildirilib ki, partlayış zamanı sexdə 20 işçi olub, onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.

 

“Krusik” Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur.

Chosen
62
12
sfera.az

10Sources