EN

BOK qalmaqallı əlcəzairlinin müdafiəsinə qalxdı: İtalyan qadın üzr istədi

Əlcəzairli İman Xeliflə 46 saniyədən sonra döyüşü tərk edən italyan boksçu Angela Karini davranışına görə rəqibindən “üzr istəmək istədiyini” bildirib.

Publika.az xəbər verir ki, Xelif cinsiyyət testindən kemədiyi üçün keçən il qadınların dünya çempionatından diskvalifikasiya edilməsinə baxmayaraq, Parisdə qadın boksunda yarışmaq hüququ qazanan iki idmançıdan biridir.

25 yaşlı gəncin Oyunlarda iştirakı mübahisələrə səbəb oldu və Beynəlxalq Olimpiya Komitəsi (BOK) onun yarışmaq hüququnun olduğunu bildirdi.

25 yaşlı Karini döyüşdən imtinanın şüurlu bir addım olduğunu söyləyib, lakin sonradan Xelifin əlini sıxmadığı üçün peşman olduğunu bildirib.

“Mən rəqibimə qarşı düzgün addım atmadım. BOK onun döyüşə biləcəyini bildirbsə, bu qərara hörmətlə yanaşıram. Mən bunu etmək niyyətində deyildim [əl sıxmadım]. Əslində mən ondan və hər kəsdən üzr istəmək istəyirəm. Onunla görüşsəm, qucaqlayacam”, – Karini bildirib.

Chosen
79
publika.az

1Sources