EN

Paris-2024: Doqquzuncu günün GÜNDƏLİYİ

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha 20 dəst medal sahibini tapacaq.

Bununla da artıq başa çatan proqramların ümumi sayı 164-ə çatacaq. İlk yeddi gündə 144 mükafat dəsti uğrunda yarış yekunlaşıb.

Azərbaycan millisi 3 yarışda təmsil olunacaq. Olimpiadanın doqquzuncu günündə çəkicatan Anna Skidan mübarizəyə qoşulacaq. Artıq medallardan birini təmin edən boksçu Alfonso Dominqes yarımfinal sınağına çıxacaq. Atıcı Ruslan Lunyov isə Paris-2024-dəki ikinci yarışında dəqiqliyini yoxlayacaq.

4 avqust

11:00. Güllə atıcılığı, pnevmatik tapança, 25 m
Təsnifat mərhələsi, 1-ci raund
Ruslan Lunyov

12:20. Atletika, çəkicatma
Təsnifat mərhələsi
Anna Skidan

15:00. Güllə atıcılığı, pnevmatik tapança, 25 m
Təsnifat mərhələsi, 2-ci raund
Ruslan Lunyov

15:08. Boks, 92 kq
Yarımfinal
Alfonso Dominqes – Enmanuel Reyes Pla (İspaniya)

İdman.biz

Chosen
44
2
idman.biz

3Sources