Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilib ki, o, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin “Purdue” universitetində davam etdirəcək. Qeyd edilib ki, Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.