EN

Rusiya və Suriya ödənişlərin milli valyutalara keçirilməsinə ilə bağlı danışıqlar aparır

Rusiya və Suriya iqtisadi və ticarət əməkdaşlığının artırılması çərçivəsində ödənişlərin milli valyutalara keçirilməsinə dair danışıqlar aparır.

Bu barədə “İzvestiya” qəzetinə Suriyanın Rusiyadakı səfirliyinin nümayəndəsi məlumat verib.

“Suriya və Rusiyanın mərkəzi banklarının nümayəndələri arasında bütün maliyyə və kommersiya əməliyyatlarında milli valyutaların (Suriya lirəsi və rus rublu) qəbulu məsələsi ilə bağlı mütəmadi görüşlər və məsləhətləşmələr aparılır”, – deyə məlumatda bildirilir.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməliyyatların 90%-dən çoxu milli valyutalarla həyata keçirilir.

Məsələn, Rusiya ilə Çin arasında ödənişlərin təxminən 90%-i rubl və yuanla həyata keçirilir. Moskva da İranla tamamilə milli valyutada ödənişlərə keçib və bu prosesə Vyetnamla başlayıb.

Chosen
91
44
banker.az

10Sources