Almaniyanın “Lufthansa” Qrupu avqustun 12-dək Tehran və Təl-Əvivə bütün uçuşları ləğv edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə “Lufthansa” Qrupunun mətbuat xidməti məlumat yayıb.
“Tel-Əviv, Tehran və Beyruta bütün uçuşlar avqustun 12-si daxil olmaqla, dayandırılıb”, - deyə, məlumatda qeyd edilir.
Bundan əlavə, “Lufthansa” Qrupu avqustun 7-si daxil olmaqla Əmman və Ərbilə uçuşları dayandırır.