EN

Gürcüstan-Rusiya sərhədindəki “Kazbegi” keçid məntəqəsi sabah 10:00-a qədər bağlı olacaq

Gürcüstan-Rusiya sərhədindəki “Kazbegi” keçid məntəqəsi avqustun 6-da Tbilisi vaxtı ilə saat 05:00-dan 10:00-a qədər texniki işlərlə əlaqədar bağlı olacaq.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Həmçinin, “Dariali” sərhəd-keçid məntəqəsi vasitəsilə hər iki istiqamətdə sərnişindaşıma (pasport nəzarəti və gömrük prosedurları) dayandırılacaq.

Hazırda təxminən 4,1 min yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.

Chosen
131
35
banker.az

10Sources