EN

Harrisdən də müsahibə götürə bilər

Amerikalı milyarder və iş adamı İlon Mask təkcə ABŞ prezidentliyinə namizəd Donald Trampla deyil, həm də onun rəqibi Kamala Harrisdən müsahibə almağa hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Belə ki, Mask sosial şəbəkə istifadəçilərindən birinin Harrisin heç bir halda onunla müsahibəyə razı olmayacağı ilə bağlı sözlərinə cavab verib.

“Mən buna açığam”, - o qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl yazmışdı ki, 12 avqust bazar ertəsi axşam Maska uzun müsahibə verəcək. 

Chosen
96
50
qafqazinfo.az

10Sources