ABŞ-li atlet Noa Layls Olimpiadada mübarizəni başa vurub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun koronavirusa yoluxmasıdır.
Bu barədə idmançı özü açıqlama verib: “Hər kəsə təşəkkür edirəm, amma burada çıxışımı başa vurmalıyam. Olimpiadadan zövq aldım”.
Qeyd edək ki, Noa Layls 100 metr məsafəyə qaçışda qızıl, 200 metrdə isə bürünc qazanıb.