Avqustun 12 də Sumqayıt şəhəri ərazisində bir nəfərin kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu məlumatı oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti verib.
"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Bizim.Media