EN

BANM-ın 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək   

SOCAR-ın Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də yay təcrübə proqramında iştirak etmək imkanı qazanıb. 

"Unikal" xəbər verir ki, onlar Əbil Şəfiyev, Aytac Əmirov, Nihad Səfərli, Lalə Ələkbərova, Röya Məmmədova, Leyla Həsənova, Malik Süleymanov, Şamil Fərzəlizadə, Aynur Tahirova, Nərmin Nusalova, Aytac Vəliyevadır. Tələbələrin 7-si Kimya mühəndisliyi, 4-ü isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır.  

Rektor Elmar Qasımov seçilən tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Rektor “SOCAR Downstream” və “SOCAR Türkiyə”nin BANM tələbələrinə daim dəstək göstərdiyini və məzunların işlə təmin olunduğunu vurğulayıb.

Habelə görüşdə “SOCAR Downstream Management” MMC-nin nümayəndələri Ülvi Gülüşov, Nərmin Abdullayeva və Alış Həziyev də iştirak ediblər. Onlar bu təcrübənin tələbələrin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini vurğulayıblar.

Eyni zamanda bu il ən yüksək bal toplayan və Ali Məktəbi seçən abituriyentlər də tədbirə qatılıblar. BANM tələbələri onlarla öz təcrübələrini bölüşüblər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
193
50
unikal.az

10Sources