EN

BMT: Qərbi Afrikada daşqınlar nəticəsində 70-dən çox adam ölüb, 699 nəfər yaralanıb

Uzun sürən yağışlar nəticəsində Qərbi və Mərkəzi Afrikanı bürümüş daşqınlar nəticəsində 70-dən çox insan həlak olub, 699 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 700 mindən çox insan zərər çəkib.

APA xəbər verir ki, bu barədə “Tchadinfos” portalı BMT-yə istinadən məlumat yayıb.

Məlumata görə, 62 min yaşayış binası dağıdılıb. Söhbət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo, Çad kimi ölkələrdən gedir.

Çadda daşqınlar 240 mindən çox sakinə ziyan vurub. Böyük fəlakət onların evlərini məhv etməklə yanaşı, ərzaq məhsullarını da məhv edib.

Chosen
266
6
apa.az

10Sources