EN

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ! - Avqustun 16-da...

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərini tamamlayıb. 

Gundem.az qurumun açıqladığı məlumata istinadən xəbər verir ki, təmir işləri avqustun 15-i səhər saat 06:00-da yekunlaşıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. 

Bakı şəhəri üzrə içməli suyun təchizatı isə sabah, yəni avqustun 16-da bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına su ilə təmin olunması istiqamətində işlər görülüb.  (Sfera.az)

Chosen
111
11
gundem.az

10Sources