EN

Naxçıvanda dörd deputatlığa namizədə xəbərdarlıq edilib

Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan dörd nəfərə xəbərdarlıq edilib.Bu barədə Bolgə.TV-yə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib.Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.Bildirilib ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə dairə seçki komissiyaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun müvafiq maddələrini rəhbər tutaraq onlara xəbərdarlıq ediblər.

Chosen
78
49
bolgexeber.az

10Sources